Rusiyanın Ternopoldakı yaşayış binasına hücumu nəticəsində dağıntılar altında qalanların axtarışı davam edir.
Ukrayna Prezidenti Vladimir Zelenski “X” hesabında hadisə ilə bağlı son məlumatları bölüşüb.
“Bütün gecə xilasedicilər işləyiblər və axtarış-xilasetmə tədbirləri hələ də davam edir. 22 nəfər hələ də itkindir. Ukraynanın 9 regionundan 230-dan çox xilasedici əraziyə cəlb olunub. İndiyə kimi 26 nəfərin ölümü təsdiqlənib. Bunların arasında 3 uşaq da var”, – Zelenski bildirib.