“Ukrayna və Donbasdan Rusiyaya gələn qaçqınların sayı 3,4 milyon nəfəri keçib”.
Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Son məlumatlara görə, fevral ayından Rusiya Federasiyasına gələn qaçqınların sayı 3,4 milyon nəfəri keçib. Bunun 546 minə yaxını uşaqlardır”, – hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Agentliyin məlumatına görə, qaçqınlar dövlət proqramı çərçivəsində Rusiyada həm nağd ödənişlər, həm də humanitar yardım alırlar.
Azpost.info
