Xəbər verdiyimiz kimi Ukrayna Rusiya hərbi aerdromlarına PUA zərbələri endirib.
AzPost bildirir ki, zərbələr nəticəsində Rusiyanın dərinliklərindəki hərbi hava limanlarıda saxlanan 40 strateji bombardmançı təyyarə məhv edilib.
UNİAN bildirir ki, “Hörümçək toru” adlanan bu xüsusi əməliyyatı il yarımdan çox müddətə hazırlanıb. Mənbələr bildirir ki, gizli əməliyyata Ukrayna prezidenti şəxsən nəzarət edib və planı Vasil Malyukun rəhbərlik etdiyi SBU həyata keçirib.
Nəticədə Rusiyanın 41 strateji aviasiya təyyarəsi vurulub. Mənbə qeyd edib ki, bu əməliyyat logistika baxımından olduqca mürəkkəb olub. Əvvəlcə SBU Rusiya Federasiyasına FPV pilotsuz təyyarələrini, daha sonra mobil konteynerləri daşıyıb. Daha sonra taxta konteynerləri yük maşınlarına yerləşdiriblər, dronları örtüklərin altında gizlədiblər.
Lazım olan anda dam örütüyü uzaqdan idarəetmə ilə açılıb, oradan qalxan PUA-lar Rusiya təyyarələrinə hücuma keçib. Kadrlarda dronların zərbələrə necə hazırlandığı əks olunub.
Mənbələr onu da bildiriblər ki, əməliyyatda iştirak edən şəxslər uzun müddətdir Ukraynadadırlar, ona görə də ruslar kimisə tutsa, bu, növbəti şoudan başqa bir şey kimi görünməyəcək.