“Rusiyaya bu imkanı vermək olmaz” –Bayden

ABŞ və Almaniya NATO üzvü olan şərqi Avropa ölkələrini Rusiya təcavüzündən birgə müdafiə edəcək. 

Azpost.info bildirir ki, bu barədə prezident Bayden kansler Merkel ilə Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, “Şimal axını-2” qaz xətti ilə bağlı öz narahatlığını bildirib. “Mən və Merkel bu məsələdə yekdil fikirdəyik. Rusiyaya öz enerji resurslarından qonşularına qarşı silah kimi istifadə etməsinə imkan vermək olmaz”.

Bayden deyib ki, hər iki lider öz komandalarına Rusiyanın Avropanın enerji təhlükəsizliyini zəiflədən addımlar atacağı təqdirdə birgə tədbirlər hazırlamaq barədə göstəriş veriblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada peyvənd kölə kimi saxlanılan qadını xilas etdi

Sonrakı məqalə

“Biz bunu Dağlıq Qarabağda etdik…”-