Rusiyaya casusluqda şübhəli bilinən iki yeniyetmə saxlanıldı

Niderland hüquq-mühafizə orqanları iki 17 yaşlı gənci Rusiyanın xeyrinə casusluqda şübhəli bilərək həbs edib.

AzPost xəbər verir ki, məlumatı yerli “De Telegraf” qəzeti yayıb.

İddialara görə, saxlanılan şəxslərin Haaqada həyata keçirilən bəzi haker əməliyyatlarında iştirak etdikləri ehtimal olunur. Hazırda istintaq orqanları onların fəaliyyətini və mümkün əlaqələrini araşdırır.

Hadisə ilə bağlı açıqlama verən şübhəlilərdən birinin atası bildirib ki, evlərinə səkkiz nəfərdən ibarət maskalı qrup daxil olub və order əsasında axtarış aparıb. Onlara övladlarının “casusluq” və “xarici dövlətə xidmət göstərmək”də ittiham olunduğu bildirilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.