“Rusiyaya qarşı çıxmaq dünyanı qorumaq deməkdir”- Fransa XİN

“Avropa Rusiya ilə güc balansı dilində danışmalıdır”.

Azpost.info xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejournet deyib.

Onun sözlərinə görə, Rusiya xarici siyasətdə öz normalarını Avropa ölkələrinə tətbiq etməyə çalışır.

“Biz güc balansı ilə bağlı Rusiya ilə eyni dildə danışmalıyıq. Rusiya beynəlxalq hüququ pozur və Avropa ölkələrinin xarici siyasətinin necə olması lazım olduğunu sırımağa çalışır. Tarix bizə göstərdi ki, ölkələr öz xarici siyasətlərini sərhədlərinin olmadığına inananların şərt qoymasına icazə verdikdə, məsələni kritik həddə gətirirlər. Beləliklə, Rusiyaya qarşı çıxmaq fransızları və dünyanı qorumaq deməkdir. Bu əsl vətənpərvərlikdir”, – Sejournet bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.