Gürcüstan Ukraynadan Saakaşvilinin sabiq nazirlərini təhvil verməyi tələb edir

Gürcüstan Ukraynadan Saakaşvili hökumətinin üzvlərini ekstradisiya etməyi tələb edir.

Azpost.info bildirir ki, bununla bağlı hökümətin bəyanatında deyilir.

“Ümid edirik ki, Ukrayna hakimiyyəti Gürcüstan və Ukrayna, gürcü və ukrayna xalqları arasında dostluq ruhuna kobud şəkildə zidd olan qərarlara yenidən baxacaq”, – hökumətin bəyanatında deyilir.

Rəsmi Tiflis Ukrayna baş prokurorunun müşaviri Zurab Adeişvilinin və Ukrayna Əks-kəşfiyyat Xidmətinin rəis müavin Georgi Lortkipanidzenin geri verilməsini tələb edir.

Bu şəxslər Gürcüstanda axtarışa verilib.

“Bu baxımdan, Zurab Adeişvilinin Ukrayna baş prokurorunun müşaviri vəzifəsində olması, eləcə də Georgi Lortkipanidzenin Ukrayna Əks-kəşfiyyat Xidmətinin rəis müavini vəzifəsində olması xüsusi narahatlıq doğurur. Yada salaq ki, bu şəxslər Gürcüstanın əvvəlki hökumətinin avtoritar rejiminə başçılıq ediblər. Bir çox insanlar bu rejimin qurbanı olub”.

Bəyanatda qeyd olunur ki, Ukrayna hakimiyyəti üçün hazırda Ukrayna hökumətində yüksək vəzifələr tutan cinayətkarların Gürcüstana köçürülməsi vacib və zəruridir.

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Sonrakı məqalə

“Rusiyaya qarşı çıxmaq dünyanı qorumaq deməkdir”