“Rusiyaya qarşı neft sanksiyaları üç mərhələdə tətbiq olunacaq”- ABŞ Maliyyə Nazirliyi

“G7-nin Rusiyaya qarşı yeni sanksiyaları üç mərhələdə tətbiq olunacaq”.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin köməkçisi Ben Harris bildirib.

Onun sözlərinə görə, dekabrın 5-dən qüvvəyə minəcək sanksiyalar Rusiya xam neftini hədəf alacaq. Daha sonra dizel yanacağı və emal olunmuş neft məhsulları ilə bağlı tədbirlər görüləcək.

Harris əlavə edib ki, Rusiya neftinin qiymətinin məhdudlaşdırılması ilə bağlı qərar hələ qəbul edilməyib. Harris bildirib ki, qiymət tavanı Moskvanı hasilatı saxlamağa təşviq edəcək qədər yüksək olacaq, həmçinin Rusiyanın ən bahalı neft quyusu üçün hasilatın xərcindən yüksək olacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.