“Ruslar çox güclüdür, Kiyev Donbası hərbi yolla qaytara bilməz” –Merkelin sabiq müşaviri

Almaniyanın sabiq kansleri Anqela Merkelin köməkçisi olmuş Erix Vad Ukraynanın Rusiya Silahlı Qüvvələrinin gücünü lazımi qədər qiymətləndirmədiyini bildirib. 
Azpost.info bildirir ki, Almaniya ordusunun sabiq briqada generalı olan Vad “Deutsche Wirtschafts Nachrichten” qəzetinə açıqlamasında Kiyevə bu məsələdə ehtiyatlı olmağı tövsiyə edib.
“Ruslar çox güclüdürlər: Onların havada və quruda üstünlükləri var”- deyə general Vad bildirib.
O həmçinin vurğulayıb ki, Kiyev Donbası hərbi yolla qaytara bilməz.  “Ukraynanın şərqində hadisələrin inkişafını məhz Rusiya müəyyən edir”– deyə Vad vurğulayıb.
Əvvəlki məqalə

Almaniya ilin sonuna qədər Rusiya neftindən imtina edəcək

Sonrakı məqalə

Yaponiyada dünən COVİD-19-a 35 min yeni yoluxma qeydə alınıb