Yaponiyada dünən COVİD-19-a 35 min yeni yoluxma qeydə alınıb

Mayın 15-də Yaponiyada koronavirusa 35008 yeni yoluxma halı qeydə alınıb, 25 nəfər həyatını itirib.

Bu barədə NHK telekanalı ölkənin Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinə və yerli bələdiyyələrə istinadla məlumat yayıb.

Nazirliyin verdiyi məlumata görə, bazar günü EKMO süni qan dövranı aparatına qoşulanların sayı 139 nəfər təşkil edib. Bu, şənbə gününün göstəricisindən 14 nəfər azdır.

Əvvəlki məqalə

“Ruslar çox güclüdür, Kiyev Donbası hərbi yolla qaytara bilməz” –

Sonrakı məqalə

“Məktəblərə direktorlar qapalı yolla kənardan təyin olunur” –