Moldova vətəndaşlıq məsələlərinə cavabdeh olan dövlət qurumu ölkə hökumətindən vətəndaşlıq üçün müraciətlərə baxılma müddətini 20 gündən 6 aya qədər uzatmağı xahiş edib.
Azpost.info xəbər verir ki, səbəb Rusiya vətəndaşlarının kütləvi müraciətləri olub.
“Reuters”in məlumatına görə, rəsmilər Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində regionda yaranmış geosiyasi vəziyyətin Moldova vətəndaşlığını almaq istəyənlərin sayının artmasına səbəb olduğunu etiraf edirlər.
Agentliyin məlumatına görə, müraciət edənlərin 70 faizi Rusiya, 20 faizi isə Ukrayna vətəndaşlarıdır.
Moldova vətəndaşlığını almaq istəyənlərin sayı ilə bağlı konkret rəqəmlər təqdim edilməyib.
Azpost.info