Ruslar teleaparıcı Vladimir Solovyova efir qadağası tələb edirlər –İmza kampaniyası

Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyova qarşı yaradılmış petisiyanı artıq 123 min nəfər imzalayıb.

Azpost.info bildirir ki, petisiyanı imzalayanlar V.Solovyovun Rusiyanın federal telekanallarında veriliş aparmasını qadağan olunmasını tələb edirlər.  Petisiya müəlliflərinin fikrincə, Solovyov özünün aqressiv informasiya ötürməsi və siyasi təhrifləri ilə Rusiya  cəmiyyətində düşmənçilik yayır.

“Belə mənfi emosiya və daim isterik əhvalın körüklənməsi publikanın psixikasına zorakılıqdır”- deyə petitsiyada bildirilir.

Bundan başqa Solovyov efirdə söyüş ifadələri işlədir, şəxsiyyətin təhqir edir. Bu isə peşəkar jurnalist etikası çərçivəsindən uzaqdır.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir