Finlandiyada ruslara daşınmaz əmlak almaq qadağası qoyula bilər

Finlandiya Müdafiə Nazirliyinin işçi qrupu ruslara ölkədə daşınmaz əmlak almağı qadağan edən əsasların siyahısını təqdim edib.

Azpost.info xəbər verir ki, bu icazə Avropa İttifaqının digər dövlətin ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan kimi tanıdığı ölkənin vətəndaşlarına verilməyəcək. Rusiya Ukraynanı işğal etdiyi üçün bu meyarın altına düşür.

Bundan başqa, Finlandiyanın milli təhlükəsizliyinə təhdid yarada biləcək ölkə vətəndaşlarına daşınmaz əmlakın alınmasının qadağan edilməsi təklif edilir.

“Qadağa bu ölkələrin ərazisində yerləşən və ya sahibi onların vətəndaşı olan hüquqi şəxslərə şamil ediləcək”, – Müdafiə Nazirliyi əlavə edib.

Azpost.info

Əvvəlki məqalə

MEDİA-nın jurnalistlər üçün ADA-da təşkil etdiyi təlim başa çatıb

Sonrakı məqalə

“Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi seminar keçirib –