Hindistan üçün Rusiya döyüş maşınının Ukraynada neçə nəfəri öldürməsi əhəmiyyət daşımır.
AzPost bildirir ki, bu sözləri ABŞ preidenti Tramp özünün Truth sosial şəbəkəsində yazıb.
“Hindistan Rusiyadan nəinki böyük miqdarda Rusiya nefti alır, həm də daha sonra bu neftin əhəmiyyətli bir hissəsini açıq bazarda böyük qazancla satır. Rus döyüş maşınının Ukraynada neçə nəfəri öldürməsi onların vecinə deyil. Bu səbəbdən Hindistanın ABŞ-a ödədiyi tarifləri əhəmiyyətli dərəcədə artıracağam”, – deyə o bildirib.