“RussNeft” Azərbaycanda işləyən şirkətləri tərkibindən çıxarıb

Rusiyanın “RussNeft” şirkəti Azərbaycandakı aktivlərinə nəzarət edən şirkətləri öz strukturundan çıxarıb.

Azpost.info “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə şirkətin yenilənmiş siyahısında qeyd olunub.

SOCAR-ın bir sıra  layihələrində iştirak edən Britaniya-Virciniya GEA Holdings Ltd. ilə şirkət arasında əlaqə sənəddən çıxarılıb. “Russneft” GEA vasitəsi il Abşeron, Binəqədi, Neftçala və Şirvanda yataqların işlənməsində iştirak edirdi.
Beləliklə, “Russneft”in xarici istehsal aktivləri qalmayıb. Şirkətin Azərbaycandakı hasilat həcmi son illər hesabatlarda açıqlanmasa da, 2019-cu ildə Russneft 500 min tona yaxın neft hasil etmək niyyətini açıqlayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.