Rüşvətdən imtina edən polislərə həmin pul mükafat kimi veriləcək

Rusiyanın Rostov vilayətində polis əməkdaşlarına imtina etdikləri rüşvət məbləğlərinə görə kompensasiyanın verilməsinə başlanıb.

AzPost bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsinin rəisi Aleksandr Reçitski deyib.

“Son zamanlar biz bu praktikanı tətbiq edirik. Rüşvət təklifi zamanı möhkəm antikorrupsiya mövqeyi nümayiş etdirən polis əməkdaşlarına rüşvətxorların təklif etdikləri puldan mükafat olaraq veririk”-deyə o vurğulayıb.

O deyib ki, eyni zamanda rüşvət təklif edənlərə heç bir güzəşt edilmir – onlara qarşı cinayət işi açılır. Reçitskinin sözlərinə görə, təkcə son iki ayda regionda Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsi (“Rüşvət alma”) ilə 25-dən çox cinayət işi açılıb.

Reçitski polis əməkdaşlarına rüşvətlərin hansı hissəsinin kompensasiya kimi verildiyini və əməkdaşların “sərt antikorrupsiya mövqeyinin” necə yoxlanılacağını açıqlamayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.