Rəşad Daşdəmirov həbs edildi

Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, Daşdəmirov xüsusilə külli miqdarda qaçaqmalçılıqda, külli miqdarda vergiləri ödəməkdən yayınmaqda ittiham edilir.
İş üzrə dəymiş ziyan 3 milyon manata yaxındır. R.Daşdəmirov barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Rəşad Daşdəmirov Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğludur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.