Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rəsmi Moskva Cənubi Qafqazda bütün kommunikasiyaların kompleks açılmasının tərəfdarıdır

Orkhan Ali 11 Sentyabr 2024 - 19:52 (Last updated: 21 May 2025 - 20:15)
rus xin1

Rəsmi İrəvan Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanatların müddəalarını manipulyasiya etməyə çalışır.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə söyləyib.

O xatırladıb ki, söhbət beynəlxalq hüquqdan və tərəflərin imzaladığı sənədlərdən gedir.

M.Zaxarova vurğulayıb ki, Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatlara uyğun olaraq, qeyd edilən tərəflərin maraqlarını qeyd-şərtsiz nəzərə alaraq, Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların kompleks şəkildə açılmasının tərəfdarıdır.

Diplomatın sözlərinə görə, Rusiya tərəfi bu öhdəliklərə sadiq qalır.

“Biz əminik ki, belə bir düstur təkcə Bakı və İrəvanın deyil, bütün qonşuların maraqlarına cavab verir. Mən regiondakı qonşuları, o cümlədən Rusiya, İran, Türkiyəni nəzərdə tuturam”, – deyə Rusiya XİN-in nümayəndəsi bildirib.

O qeyd edib ki, Cənubi Qafqazda kommunikasiyaların açılması məsələsi üzrə Baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupun işi dayandırılıb. “Təəssüf ki, bu qrupda iş dayanıb. Amma bu, bizim günahımız üzündən baş verməyib. Düşünürəm ki, bunun kimin günahı üzündən baş verdiyini təxmin edirsiniz”, – deyə o vurğulayıb(azərtac).

Post navigation

Previous: Mariya Zaxarova Rusiya sərhədçilərinin Ermənistanı tərk etməsinə münasibət bildirib
Next: Zabratda dəmir yoluna çıxan qadını qatar vurub

Oxşar xəbərlər

britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
putin uitkof
  • Dünya

Putin ABŞ-dan Avropaya təsir göstərməyi istədi – “Sülh, yoxsa müharibə?”

User 12 Noyabr 2026 - 20:16
rus ordu seferberlik
  • Dünya

Rusiyanın Ukraynada itkiləri 230 minə çata bilər – Məxfi məlumatlar üzə çıxdı

User 12 Noyabr 2026 - 19:57

xƏBƏR

azeri britani
  • Baş Yazı

Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı

User 12 Noyabr 2026 - 23:26
Azərbaycan Respublikası və Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bəyannaməni Azərbaycan Prezidenti İlham Əliyev və...
Read more about Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı
Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü? nvida sedr
  • Sosial

Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü?

User 12 Noyabr 2026 - 23:19
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb ilham yunan bas nazir
  • Siyasət

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

User 12 Noyabr 2026 - 22:49
İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP ilham pasinyan dublin
  • Baş Yazı

İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP

User 12 Noyabr 2026 - 21:09
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var? britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.