Səbail icra başçısına yeni birinci müavin və müavin təyin edilib

01 İyun 2021 - 18:37
Səbail Rayon İcra Hakimiyyətində yeni təyinatlar olub.
Bu barədə icra hakimiyyəti məlumat yayıb.
Səbail Rayon İcra Hakimiyyəti başçısının əmrinə əsasən RİHB-nın müavini Şixəmmədov Vüqar Nurməmməd oğlu Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini vəzifəsinə təyin edilib.
Səbail Rayon İcra Hakimiyyəti başçısının digər əmrinə əsasən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Həşimova Kəmalə Ləzgi qızı Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib.