Şəhid ailəsi üzvü vəsiqəsi alan şəxslərin sayı açıqlanıb

11 İyun 2021 - 12:03

“Bu günə kimi 5500-dən artıq şəxsə şəhid ailəsi üzvü vəsiqəsi verilib”.

Bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev “Sosial saat”da deyib.

O bildirib ki, bu sayın nə ilə bağlı olduğu sual doğura bilər: “Bir şəhidin ailə üzvü olan bir neçə nəfər bu statusu almaq istəyir və biz dərhal həmin istəkləri təmin edib onlara qanuna uyğun olaraq vəsiqələri veririk”.