Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Şəhid Qoşqar Ömərovun xatirəsinə həsr edilmiş bilik yarışının qalibləri mükafatlandırlıb

User 30 Mart 2024 - 17:33 (Last updated: 21 May 2025 - 20:15)
hedef

29 mart 2024-cü il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin böyük akt zalında Vətən müharibəsi şəhidi müəllim Qoşqar Ömərovun xatirəsinə həsr edilən “Qoşqar – Riyaziyyat və Məntiq” yarışının mükafatlandırma mərasimi keçirilib.

İlk olaraq tədbirin aparıcısı tərəfindən Vətən müharibəsi şəhidi müəllim Qoşqar Ömərovun qısa həyat yolu haqqında məlumat verildi, video slayd təqdim olundu. Qoşqar Ömərovun simasında bütün şəhidlərin xatirəsi 1 dəqiqəlik sükütla yad edilməsi və hərbi orkestrin müşayəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ilə tədbir açıq elan edildi.

Hədəf Şirkətlər Qrupunun baş direktoru, dosent Şəmil Sadiq çıxış edərək şəhid Qoşqar Ömərovun keçdiyi şərəfli ömür yolundan bəhs etdi. Natiq bildirdi ki, Qoşqar müəllimin xatirəsi çalışdığı Hədəf Kursları tərəfindən əbədiləşdirilib, Nizami filialında barelyefi vurulub və dərs dediyi sinif otaqlarından birinə Qoşqar müəllimin adı verilib.

Daha sonra yarışın təşkilatçılarından olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev rektor Gülçöhrə Məmmədovanın salamlarını iştrakçılara çatdırdı, qaliblərə uğurla dilədi.

Vətən Müharibəsi iştirakçısı, Müdafiə Nazirliyinin rəsmisi, palkovnik Elvin Əzizov öz nitqində şəhidimiz adına olan belə bir layihəyə görə təşkilatçılara təmsil etdiyi qurum adından öz təşəkkürünü bildirdi. Yarışın təşkilatçılarından olan MÜSİAD Azərbaycanın idarə heyətinin sədri Rəşad Cabirli, tərəfdaş qrumlardan İnci Şirkətlər Qrupunun rəhbəri Mikayıl Yusifov və Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu çıxış edərək iştirakçılara uğurlar arzuladılar.

Vətən müharibəsi şəhidi müəllim Qoşqar Ömərovun xatirəsinə həsr olunan “Qoşqar-Riyaziyyat və Məntiq” yarışı Təşkilat Komitəsi rəhbəri dosent, Elvin Əliyev layihə haqqında ətraflı məlumat verdi. O bildirdi ki, 2022-ci ildə “Hedef Global” tərəfindən təsis edilən “Qoşqar – Riyaziyyat və Məntiq” yarışının bu ilki buraxılışının təşkilatçıları Azərbaycan Memarlıq və İnşaat Universiteti, MÜSİAD Azərbaycan və Hədəf Şirkətlər Qrupudur. Layiənin tərəfdaşları isə Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası, OYAL, kitabevim.az mağazalar şəbəkəsi, SinKOD və Sınaq İmtahan Mərkəzidir.

10 mart 2024-cü il tarixində “Qoşqar – Riyaziyyat və Məntiq” yarışının imtahan mərhələsində Bakı, Naxçıvan, Sumqayıt, Xırdalan, Kürdəmir, Balakən, Astara şəhərləri və Masazır qəsəbəsi mərkəz olmaqla 23 imtahan məntəqəsində 5200 nəfər şagird yarışda öz biliyini sınayıb. Layihə orta ümumtəhsil məktəblərinin və liseylərin Azərbaycan bölməsində təhsil alan 5-6-7-8-ci sinif şagirdləri arasında təşkil edilib. Ödənişsiz təşkil olunan yarış təşkilatçılar və tərəfdaşların maliyyə dəstəyi ilə həyata keçirilib.

Bundan sonra qaliblərin mükafatlandırılmasına başlanılıb. Yarışın əsasnaməsinə uyğun olaraq hər sinif üzrə ilk 5 yerin qalibləri “Diplom”, “Fəxri fərman”, “Medal” və müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Vətən Müharibəsi şəhidi müəllim Qoşqar Ömərovun atası Səxavət Ömərov və Hədəf Kursları həmtəsisçisi Vüqar Tarquliyev qaliblərə hədiyyələrini təqdim etdilər və yekun nitqi söylədilər.

Mükafatlandırma mərasimində qalib şagirdlərin valideynləri, Vətən müaribəsi iştirakçıları, ictimaiyət nümayəndələri, təhsil işçiləri, qonaq qismində iştirak ediblər. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri Fərman Əsgərov və Leyla Əliyeva vətənpərvərlik ruhunda mahnılar səsləndirdilər.

Sonda xatirə şəkli çəkdirildi və layihənin bu ilki buraxılışına yekun vuruldu.

Azpost.info

Post navigation

Previous: Zelenski köməkçisini və üç müşavirini işdən çıxarıb
Next: Azərbaycan diplomatları “Crocus City Hall”dakı terror aktı qurbanlarının xatirəsini yad ediblər

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.