Səhiyyə nazirinin birinci müavini vəzifəsi təsis edilib –

FƏRMAN
23 Aprel 2021 - 16:52

Səhiyyə nazirinin birinci müavini vəzifəsi təsis edilib.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnaməsinə edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikdən sonra səhiyyə nazirinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və dörd müavini var.