Şəkərli diabet xəstələrinə orqanizmin hansı hissəsi amputasiya olunacağı təqdirdə müddətsiz əlillik təyin olunacağı açıqlanıb

18 İyun 2021 - 14:24

Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları zamanı əlilliyin hansı hallarda müddətsiz təyin ediləcəyi müəyyənləşib.

APA-nın məlumatına görə, bu, “Əlilliyin müəyyən olunması Meyarları”na əlavə “İnsan orqanizmi funksiyalarının itirilməsi faizlərinin cədvəli”ndə əksini tapıb.

Qalxanabənzər vəzinin xəstəlikləri, şəkərli diabet, mədəaltı vəzinin daxili sekresiya fəaliyyətinin və qlükoza tənziminin digər pozuntuları və digər endokrin vəzilərin aşağıdakı pozuntuları zamanı insan orqanizminin funksiyalarının itirilmə faizindən asılı olaraq əlillik müddətsiz təyin olunacaq:

Qalxanabənzər vəzinin xəstəlikləri:

– Psixi funksiyaların qabarıq pozuntusu ilə: 70-80%.

Şəkərli diabet:

– Diabetik nefropatiya, XBX V mərhələ, XBÇ lll mərhələ adekvat effektiv əvəzedici terapiyanın (hemodializ, peritoneal dializ, böyrək köçürülməsi) aparılması şərti ilə şəkərli diabetin digər ağır və aparılan müalicənin fəsadlarının olmadığı halda: 90%

– Diabetik nefropatiya, XBX V mərhələ, XBÇ lll mərhələ adekvat effektiv əvəzedici terapiyanın aparılmaması (aparılması qeyri-mümkün olduğu) və ya qeyri-effektiv olduğu halda, eyni zamanda, şəkərli diabetin və (və ya) aparılan müalicənin çoxsaylı fəsadlarının olması: 90-100%

– Diabetik retinopatiya proliferativ və (və ya) makulopatiyalar görmə itiliyi (monokulyar, yaxşı görən gözlə korreksiyadan sonra) 0,1-0,04 aralığında, periferiyadan görmə sahəsinin daralması fiksasiya nöqtəsindən radius boyu 10 – 0 dərəcə: 81-100%

– Diabetik makroangiopatiya hər iki aşağı ətrafda, qanqrenanın əmələ gəlməsi ilə, tələb olunanda hər iki ətrafın yuxarı hissədən amputasiyası və qan dövranının bərpa edilməsinin və protezləşdirilməsinin qeyri-mümkün olması ilə XAÇ IV mərhələ: 90-100%

– Diabetik neyro-osteoatropatiya səbəbindən bir ayaqda əhəmiyyətli təzahür edən deformasiya, digər ətrafın amputasiyası ilə birgə: 61-80 %

– Orqan və sistemlərin əhəmiyyətli təzahür edən çoxsaylı pozuntuları ilə: 81-100%

– Sağalmadıqdan və ya pəncə səviyyəsində amputasiyadan sonra deformasiya və pəncə xorasının residivləşməsinin yüksək riski zonasının formalaşması ilə xroniki xoralı çatışmazlıq:70%

– Bir və ya hər iki pəncənin xroniki residivləşən xoralı çatışmazlığı:70 %

– Bir və ya hər iki pəncə səviyyəsində amputasiyadan sonrakı vəziyyət (metatarzal səviyyə, Lisfranka, Şopar və ya digər atipik formalar), pəncə barmaqlarının amputasiyası, xoranın residivləşməsinin yüksək riski zonasının formalaşması ilə və (və ya) statodinamikanın mülayim pozulması ilə müşayiət olunan xroniki residivləşən xoralı çatışmazlıqlar: 80%

– Pəncənin amputasiyası: 60%

– Baldırın amputasiyası: 70%

– Budun amputasiyası: 80%

– Bir ətrafın amputasion bud/baldır güdülləri və XAÇ II mərhələ, digər ətrafda osteoartropatiya: 80%

– Hər iki pəncənin amputasion güdülü, protezləşmə: 80%

– Protezləşmənin mümkün olmadığı halda hər iki ətrafın bud/baldır güdülləri: 90-100%

Mədəaltı vəzinin daxili sekresiya fəaliyyətinin və qlükoza tənziminin digər pozuntuları:

– Ağır osteoparoz çoxsaylı patoloji sınıqlarla təzahür edən statodinamik pozuntularla: 80%

– Akromeqaliya (və hipofizar giqantizm), mülayim, qan dövranının mülayim pozuntusu, mülayim hipertenzion-likvor sindromu, mülayim görmə və psixi funksiyaların pozuntusu ilə dishormonal miokardio-distrofiya zamanı: 31-60%

– Müalicənin təsiri az olduğu halda akromeqaliyanın təzahür edən klinik vəziyyəti (müalicəyə qarşı rezistentlik) görmə sahəsinin təzahür edən daralması ilə, təzahür edən psixi, nevroloji, kardial pozuntularla, xarici eybəcərlik əlamətləri ilə müşayiət olunmaqla: 61-80%

– Hipofizin əhəmiyyətli qabarıq hiperfunksiyası təzahürü, qabarıq təzahür edən optik, psixi, nevroloji, kardial pozuntularla, xarici eybəcərlik əlamətləri ilə müşayiət olunmaqla : 81-100%

– Cırtdanlıqla STH çatışmazlığı: 40%

– Mülayim təzahür edən endokrin, nevroloji və (və ya) psixi pozuntularla panhipopituitarizm: 50-60%

– Çoxsaylı ağır fəsadlaşmalarla ağır formada İsenko-Kuşinq sindromu və xəstəliyi:70-80%

– Birincili (Konn sindromu) və ikincili hiperaldosteronizm orta ağır hipertonik krizlərlə müalicənin qeyri-effektivliyi (residiv) zamanı: 40-60%

– Birincili (Konn sindromu) və ikincili hiperaldosteronizm tez-tez olan ağır hipertonik krizlərlə müalicənin qeyri-effektivliyi (residiv) zamanı: 70-80%

– Orqanizmin sistem və orqanlarının əhəmiyyətli təzahür edən pozuntusu: 81-100%.