“Şəkidə payızlıq əkinlər üzrə məhsuldarlıq son dərəcə aşağı səviyyədə olub. Əslində bu təbii fəlakət hesab edilməlidir. Hazırda əksər təsərrüfatlarda sahələrdən 13-17 sentnet məhsul yığılır. Arpa əkinləri üzrə vəziyyət daha kritikdir”.
Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin deputatı Əli Məsimli bildirib.
Onun sözlərinə görə, bu il Azırbaycanda 1 058 398,9 hektar sahədə taxıl əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir: “Yenə rəsmi məlumata görə,hazırda orta məhsuldarlıq arpa üzrə 30,2 sentner, buğda üzrə isə 34,4 sentner təşkil edir. Amma cari təsərrüfat ilində Şəki rayonunda payızlıq əkinlər üzrə məhsuldarlıq əlverişsiz iqlim şəraiti səbəbindən son dərəcə aşağı səviyyədə olub. Əslində bu təbii fəlakət hesab edilməlidir. Hazırda əksər təsərrüfatlarda sahələrdən 13-17 sentnet məhsul yığılır. Arpa əkinləri üzrə vəziyyət daha kritikdir”.
Ə.Məsimlinin sözləriə görə, Şəkidə əsasən dəmyə əkinçiliyidir. Gübrə, toxum, herbisid və pestisidlərin bəzən süni şəkildə şişirdilmiş qiymətləri hər hektar üzrə maya dəyərini xeyli artırıb: “Bu gün təkcə maya dəyərini qarşılamaq üçün hər hektar üzrə məhsuldarlıq 20-22 sentner səviyyəsində olmalıdır. Qeyd etdiyimiz rəqələrin müqayisədindən göründüyü kimi bu il taxıl əkən Şəki təsərrüfatlarının xeyli hissəsində kəndli 9 ay əziyyət çəkməsinin qarşılığında ziyandadır”.
Deputat dövlət tərəfindən Şəkidə və buna bənzər vəziyyət yaranmış digər yerlərdə də kəndliyə münasibətdə dəstəkləyici tədbirlər görülməsini təklfi edib: “Buna misal olaraq 2014-cü il təcrübəsini göstərə bilərik. 2014-cü ildə quraqlıq olduğundan Şəki rayonunun fermer təsərrüfatlarına dövlət pulsuz toxum vermişdi. Onu da xüsusilə qeyd etmək lazımdır ki, bu il məhsuldarlıq zəif olduğundan, kəndli təsərrüfatlarının xeyli hissəsi özlərini toxumla təchiz edə bilməyəcəklər. Çünki, yetkin olmayan taxıldan toxum kimi istifadə əlacsızlığın göstərici olmaqla yanaşı, həm də növbəti ildə yaxşı məhsul olmayacağını əvvəlcədən şərtləndirir”.
Deputat digər bir məsələnin taxılın qiyməti ilə bağlı olduğunu bildirib: “Dövlət dolyısı ilə idxal hesabına unun qiymətini tənzimləyir. Lakin bu gün bazarda qiymətlər 30 qəpik civarındadır. Məhsuldarlığın aşağı, maya dəyərinin yüksək olması kontekstində bu kəndli təsərrüfatlarının iflasına yol açır. Təklif edərdik ki, dövlət özü xarici ölkələrin təcrübəsində olduğu kimi alıcı qismində çıxış edərək kəndlidən istehsal etdiyi məhsulu uyğun qiymətə qəbul etsin və bununla da kəndli təsərrüfatlarının iflasının qarşısını alsın”.
Azpost.info