Şəmkirdə ər arvadını qətlə yetirib

19 Aprel 2020 - 12:12

Şəmkirdə qətl hadisə baş verib.

Hadisə şəhərin Posanlı qəsəbəsində qeydə alınıb. 

Belə ki, qəsəbədə yaşayan 25 yaşlı Məmmədova Nailə Allahyar qızı əri tərəfindən boğazı kəsilərək qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanıb.

Faktla bağlı araşdırma aparılır.