Şəmkirdə kürəkən qaynanasını qətlə yetirib-

Həyat yoldaşını ağır yaralayıb
13 İyul 2021 - 21:12

Şəmkir rayonunda qətl törədilib.

Hadisə Şiştəpə kəndində qeydə alınıb.

Belə ki, Şəmkir rayon sakini şəxsi münasibətlər zəminində qaynanası Sədaqət İbadullayevanı və həyat yoldaşı Mahizər Hüseynovanı bıçaqlayıb. Nəticədə qaynanası xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

**

Şəmkir rayonunun Şiştəpə kənd sakini 1976-cı il təvəllüdlü İntizam Hüseynov ailə münaqişəsi zamanı həyat yoldaşını bıcaqlayaraq, qayınanasını öldürəndən sonra hadisə yerindən yayınıb.

İ.Hüseynov Şəmkir Rayon Polis şöbəsinin və Prokrorluq əməkdaşlarının keçirdikləri birgə əməliyyat zamanı saxlanılıb. (APA)