Şəmkirdə qadın həyətdə özünü asıb

29 May 2021 - 09:54

Şəmkirdə ölüm hadisəsi baş verib.

Hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

Təxminən, 20-30 yaşlarında olan Samirə Quliyeva yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib.

Qadın hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit müayinə edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.