“Sərhəddə hər hansı bir toqquşma baş verməyib, danışıqlar davam etdirilir” –

İLHAM ƏLİYEV
17 May 2021 - 11:22

“Hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr barədə Qazaxıstan Prezidentini məlumatlandırarkən deyib.

“Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir”-deyə Prezidentin Mətbuat xidmətinin yaydığı açıqlamda vurğulanır.