Sərhəddə şəhid olan hərbçi ilə Şəmkirdə vida mərasimi keçirilir

18 Noyabr 2021 - 10:54

Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla bağlı gedən döyüşlərdə şəhid olan hərbçi Murad Xəlilovla Şəmkirdə vida mərasimi keçirilir.

Şəhidin cənazəsi Şəmkirin Çinarlı qəsəbəsinə, yaşadığı evə gətirilib.

Vida mərasimində ictimaiyyət nümayəndələri, hərbçilər, Şəmkir rayon İcra Hakimiyyətinin rəhbərliyi iştirak edir. Şəhid əsgər Murad Xəlilov Çinarlı qəsəbə qəbiristanlığında dəfin ediləcək. (APA)

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub. Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.