Sərhəddən 122 kiloqram heroin keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sosial şəbəkədə yazıb.
S.Mehdiyev deyib: “Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə gömrük orqanlarının səmərəli fəaliyyətinin daha bir uğurlu nəticəsi. Əməliyyatçılarımızın peşəkarlığı nəticəsində 122 kiloqramdan artıq narkotik vasitə-heroinin ölkənin gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alındı”.