“Qarabağ müharibəsinə son qoymuş üçtərəfli bəyanat çox vacib addımdır” –Almaniyanın dövlət naziri

“İkinci Qarabağ müharibəsinə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat insan haqlarının müdafiəsi istiqamətində çox vacib addımdır”.

Bunu Almaniya Xarici İşlər Nazirliyinin Avropa işləri üzrə dövlət naziri Mixael Rot Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında deyib.

Qeyd edək ki, bir müddət əvvəl Almaniya kansleri Angela Merkel gələcəkdə Qarabağdakı kimi münaqişələrdən qaçmaq üçün beynəlxalq hüquq prinsiplərinə əməl etməyin vacibliyini vurğulamışdı. (Trend)

O bildirmişdi ki, qaydalara əsaslanan düzən ən vacib birgəyaşayış prinsipidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Sərhəddən 122 kiloqram heroin keçirilməsi cəhdinin qarşısı alınıb” –

Sonrakı məqalə

Avropa Məhkəməsi Bəxtiyar Hacıyevlə bağlı qərarını açıqladı –