“Sərt karantinə ehtiyac yoxdur, 10 günə yoluxma azalacaq” –Deputat Musa Quliyev

“Yoluxmanın artmasına baxmayaraq sərt karantinə ehtiyac yoxdur”.

Bu sözləri Azpost.info-ya deputat Musa Quliyev deyib. Onun fikrincə, yaxın 10 gündə yoluxmaların sayı azalacaq: “Hər bir epidemiyanın pik və enmə nöqtəsi olur. Adətən epidemiya pik nöqtəyə 20-25 gün ərzində çatır. Koronavirusun “Omikron” ştammının yayılması 25 gündən çoxdur ki, başlayıb. Düşünürən ki, növbəti həftədən yoluxma azalacaq və epidemiya enmə nöqtəsinə çatacaq”, – deyə millət vəkili bildirib.

Musa Quliyevin sözlərinə görə, yoluxma sayı azalmayacağı təqdirdə lokal məhdudlaşdırma tədbirləri görülə bilər: “Tutaq ki, məktəblərdə, uşaq bağçalarında, hansısa iş yerlərində yoluxanların sayı çoxdursa, bağla və distant rejimə keçilə bilər. Lakin ölkə üzrə məhdudlaşdırma tədbirlərinə ehtiyac yoxdur. Karantin rejimi ona görə tətbiq edilir ki, xəstəxanalarda çarpayı yerləri çatışmır. Amma indi yoluxanlar çox olsa da, xəstəxanalara müraciət edənlər azdır. Əksəriyyət evcdə ambulator müalicə alaraq sağalırlar. Digər tərəfdən, “omikron”la bağlı dünya ölkələrində karantin elan edilməyib. Əksinə, bəzi ölkələr ümumiyyətlə karantini ləğv ediblər. Düşünürəm ki, Azərbaycanda da mart ayına qədər “omikron” enmə nöqtəsinə çatacaq və karantin rejimi daha da yumşaldılacaq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir