Sərxoş erməni əsgəri küçədə nalayiq hərəkətinə görə həbs olunub

07 İyun 2021 - 09:10

Ermənistan ordusunun şəxsi heyəti arasında geniş vüsət almış spirtli içkilərə meyllilik halları və bu səbəbdən baş verən cinayətlər artmaqda davam edir.

Erməni KİV-ləri xəbər verir ki, bu günlərdə sərxoş vəziyyətdə nalayiq hərəkətlər edən daha bir erməni əsgər hərbi polis tərəfindən həbs edilib.

Hərbi hissədə sürücü vəzifəsində xidmət edən Armen Malxasyan böyük miqdarda spirtli içki qəbul etdikdən sonra yaşayış məntəqəsində mülki vətəndaşlara qarşı nalayiq hərəkətlər etdiyi üçün həbsxanaya yerləşdirilib.