Səudiyyə Ərəbistanında Həcc ziyarəti başlayıb –

Nə qədər ziyarətçi gəlib?
29 İyul 2020 - 14:06

Səudiyyə Ərəbistanının Məkkə şəhərində ənənəvi Həcc ziyarəti başlayıb.

Trend-in məlumatına görə, bu il koronavirus pandemiyası ilə əlaqədar xarici ölkələrdən zəvvarların gəlişi qadağan edilib.

Hər il təxminən 2 milyon müsəlmanın iştirak etdiyi Həcc mərasimlərinə bu il yalnız 10 min Səudiyyə Ərəbistanı vətəndaşı qatılacaq.

Mərasim zamanı maska taxmaq və digər sanitar normalar zəruri olacaq.

2020-ci ildə Həcc mərasimi avqustun 2-dək davam edəcək.