Səudiyyə Ərəbistanında Həcc ziyarəti başlayıb –Nə qədər ziyarətçi gəlib?

Səudiyyə Ərəbistanının Məkkə şəhərində ənənəvi Həcc ziyarəti başlayıb.

Trend-in məlumatına görə, bu il koronavirus pandemiyası ilə əlaqədar xarici ölkələrdən zəvvarların gəlişi qadağan edilib.

Hər il təxminən 2 milyon müsəlmanın iştirak etdiyi Həcc mərasimlərinə bu il yalnız 10 min Səudiyyə Ərəbistanı vətəndaşı qatılacaq.

Mərasim zamanı maska taxmaq və digər sanitar normalar zəruri olacaq.

2020-ci ildə Həcc mərasimi avqustun 2-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

“ABŞ Yerevana xəbərdarlıq etməlidir” –