“ABŞ Yerevana xəbərdarlıq etməlidir” –Türkiyənin Müdafiə naziri Hulusi Akar

Türkiyə Ermənistanın pozuculuq fəaliyyəti və hücumlarını qınamaqla yanaşı, bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həllini dəstəkləyir”.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Vaşinqtonda yerləşən “Turkish Heritage Organization”nun (“Türk irsi təşkilatı”) “Türkiyənin milli müdafiə strategiyası və bölgədəki son hadisələr” başlıqlı onlayn tədbirində Ermənistanla Azərbaycan arasındakı son gərginlikdən bəhs edərkən bildirib.

“ABŞ və beynəlxalq ictimaiyyət Ermənistanı bu kimi hücumlardan çəkinməsi və problemin həlli üçün konstruktiv bir üsul tətbiq edərək Yerevana xəbərdarlıq etməlidir”, – nazir deyib.

H.Akar “F-35” və “S-400”lə bağlı yaranmış gərginliyə də toxunraraq ABŞ və NATO-nun Türkiyə, Türkiyənin isə ABŞ və NATO üçün əhəmiyyətindən danışıb. O bildirib ki, Türkiyə “F-35” layihəsinin müəlliflərindəndir.

Nazir ABŞ-la “F-35” və “S-400”ə dair danışıqlar aparmağa hazır olduqlarını da vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Səudiyyə Ərəbistanında Həcc ziyarəti başlayıb –

Sonrakı məqalə

Prezident İlham Əliyevin Balakənə səfəri başlayıb