Səudiyyə Ərəbistanında komendant saatı tətbiq edildi

07 Aprel 2020 - 14:02

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və əsas liman şəhəri Ciddədə komendant saatı tətbiq edilib.

“Report” SPA-ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ər-Riyad və Ciddədən başqa bir neçə şəhərin sakinləri səhər saat 06:00-dan 15:00-dək yalnız təxirəsalınmaz iş üçün küçəyə çıxa bilərlər.