Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib

20 İyul 2020 - 09:48

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdülləziz Əs-səud xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə Səudiyyə Mətbuat Agentliyi bildirib. Məlumata əsasən, Səudiyyə Ərəbistanının kralı orada müayindən keçmək üçün yerləşdirilib.

Bildirilib ki, 84 yaşlı monarxa öd kisəsi iltihabı diaqnozu qoyulub.