“Səbail polis idarəsinin rəisi Cavid Muradov istefa verməyib” –DİN "Azərxalça"nın həbs edilən rəhbərinin oğlu barədə açıqlama verdi

Bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradovun istefa ərizəsi yazaraq işdən azad olunması ilə bağlı məlumatlar yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bəzi KİV-də yayılan həmin məlumatlar həqiqəti əks etdirmir: “Polis polkovniki Cavid Muradov hazırda Səbail rayon Polis İdarəsinin rəisidir və o, vəzifəsini icra edir. Onun istefa ərizəsi yazması ilə bağlı yayılanlar bəzi jurnalistlərin fərziyyəsindən başqa bir şey deyil”.

Qeyd edək ki, polis polkovniki Cavid Muradov bir neçə gün əvvəl həbs edilən “Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 176 nəfər yoluxub –

Sonrakı məqalə

Xırdalanda körpə uşaqlı gənc ailə dəm qazından boğularaq ölüb