“Səbail” səfərdə “Qəbələ”yə qalib gəlib –Premyer Liqa

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun növbəti oyunu keçirilib.

Günün ilk qarşılaşmasında “Qəbələ” doğma meydanda “Səbail”i qəbul edib.

Qəbələ stadionunda oynanılan görüş “dənizçilər”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində 13-cü dəqiqədə Urfan Abbasov, 26-cı dəqiqədə Osama Xalayla fərqləniblər. Qonaqlarda isə qolları 58-ci dəqiqədə Yusif Nəbiyev, 65-ci dəqiqədə Rüfət Abdullazadə, 90+1-ci dəqiqədə Nir Bardea vurublar.

Bu nəticədən sonra xallarının sayını 37-yə çatdıran “Səbail” hələlik ikinci pillədə qərarlaşıb. Bölgə təmsilçisi isə 15 xalla sonuncudur.

Qeyd edək ki, günün ikinci oyununda “Neftçi” “Qarabağ”ı qəbul edəcək. Turun ilk üç matçında “Kəpəz” “Sumqayıt”a (3:1), “Sabah” “Araz-Naxçıvan”a (2:0) qalib gəlib. “Zirə” – “Turan Tovuz” görüşü isə heç-heçə ilə nəticələnib – 1:1.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.