Səbaildə binanın qəsdən yararsız hala salınması davam edir- ŞİKAYƏT

Səbail
Səbail

Səbaildə binanın qəsdən yararsız hala salınması davam edir

Bakı şəhəri, Səbail rayonu, Mikayıl Hüseynov küçəsi, 14 ünvanında yerləşən, 9 mərtəbəli yaşayış binasının yararsız hala salınması işləri davam etdirilir.

Bu barədə şikayət ünvanlayan sakinlər məlumat veriblər.

Sakinlər iddia edirlər ki, yaşayış binasının 3-cü mərtəbəsində 10-12 il əvvəl köçüb gedənlərin mənzillərinin açarları Səbail Rayon İcra Hakimiyyətinin işçiləri tərəfindən əldə olunub:

“İH-nin əməkdaşları əvvəllər burada yaşamış, lakin hazırda mənzildə qalmayan sakinlərin açarlarını əldə edib, həmin mənzillərin qapılarını, pəncərələrini söküb aparıblar. Eyni zamanda, mənzillərin daxilində söküntü işləri aparıblar, su borularını dağıdıblar deyə aşağı mərtəbədə yaşayan sakinlərin evlərinə su axır. Biz onların binanın kənarında, qeyri-yaşayış sahəsindəki sökdükləri konstruksiyaları və binanın özünü təmir etmələrini gözləyərkən onlar öz söküntü işlərini davam etdirirlər. Halbuki bu məsələ işıqlandırıldıqdan sonra Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən binada aparılan söküntü işlərinin dayandırılması ilə əlaqədar tapşırıq verilmişdi”.

Sakinlər binanın təmir olunmasına qədər polis nəzarətinin gücləndirilməsini istəyirlər:

“Binada söküntü işlərini aparanlar nə qanun, nə də kimisə sayırlar. Verilən tapşırığı icra etməyən şəxslər gecə vaxtı binada hər hansı təxribat da törədə bilərlər. Buna görə də bina təmir edilənə qədər ərazidə polis nəzarətinin gücləndirilməsini istəyirik”.

Oxu.az

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.