“Səba”nın şirkətdəki bütün payları satışa çıxarılır- ELAN

Səba
Səba

Azərbaycanın tanınmış şirkətlərindən biri olan “Səba” ASC bütün törəmə şirkətlərdəki paylarını satışa çıxarır. AzPost xəbər verir ki, bu barədə məlumat “Səba” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının gündəliyinə daxil edilib.

Rəsmi məlumata görə, iyunun 30-na təyin olunan ümumi yığıncaqda bir neçə vacib məsələnin müzakirəsi planlaşdırılır. Gündəliyə əsasən, ilk olaraq şirkətin ötən il üzrə illik maliyyə hesabatları açıqlanacaq.

Daha sonra “Səba”nın təsisçiliyi ilə yaradılan törəmə cəmiyyətlərin nizamnamə kapitalındakı payların, habelə həmin törəmə şirkətlərin təsisçiliyi ilə yaradılmış hüquqi şəxslərin paylarının və əmlaklarının satış məsələsi gündəmə gətiriləcək.

Xüsusi diqqət çəkən məqam isə “Qarabağ Taxıl” MMC-yə aid əmlak və hüquqların satışıdır. Bu satışdan əldə ediləcək vəsaitlərin hansı istiqamətə yönəldiləcəyi barədə də qərar qəbul ediləcək.

Üstəlik, həm “Qarabağ Taxıl” MMC, həm də “Səba” ASC tərəfindən dividendlərin elan olunması məsələsi də gündəlikdə yer alıb.

Toplantı Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 60 ünvanında keçiriləcək.

Qeyd edək ki, “Səba” şirkəti 1997-ci ildə dövlət qeydiyyatından keçib və uzun illərdir yerli bazarda fəaliyyət göstərir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.