Şəhid jurnalist Sirac Abışovla vida mərasimi keçirilir –-FOTO/VİDEO

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan jurnalist, AzTV-nin operatoru Sirac Abışovla vida mərasimi keçirilir.

Sirac Abışovun yaşadığı evdə – Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində keçirilən vida mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, media, ictimaiyyət nümayəndələri iştirak edir.

**

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan AzTV-nin operatoru Sirac Abışovun nəşi yaşadığı Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsinə gətirilib.

Onun nəşi yaşadığı Kərim Kərimov küçəsi hərbi şəhərciyə aparılıb.

Mərhumun cənazəsini yaxınları və qonşularından ibarət böyük izdiham qarşılayıb.

Bildirilir ki, şəhid jurnalist sabah Sumqayıt Şəhidlər Xiyabanında dəfn ediləcək.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lütfi Zadə və onun qeyri-səlis məntiq nəzəriyyəsi –

Sonrakı məqalə

Hikmət Hacıyev jurnalistlərin minaya düşərək həlak olmasından yazdı