Şəhid övladları Şuşada “Xudayar təsnifi”ni oxudular –VİDEO

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Müdafiə Nazirliyinin dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə keçirilən “Mənim atam qəhrəmandır” layihəsinin Şuşa tədbirində Vətən müharibəsində adı əfsanəyə çevrilmiş gizirlərimizdən olan şəhid Xudayar Yusifzadənin anası Radə xanım, şəhid övladları və digər iştirakçılar Cıdır düzündə şəhidlərimizi yad ediblər.

Şəhid övladları könüllülərlə birlikdə “Xudayar təsnifi”ni oxuyublar.

Azərbaycanın qəhrəman oğulları bu musiqinin sədaları ilə bir daha yad olunub.

Sonra Xudayar Yusifzadənin anası və digər şəhid anaları şəhid olmuş övladlarının ruhu şad olsun deyə Şuşa dağlarına gülab səpib, dualar oxuyublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Son sutkada 1128 nəfər koronavirusa yoluxub –

Sonrakı məqalə

Həftəsonu ictimai nəqliyyata qoyulan qadağa oktyabrın 1-dən ləğv edilir –