Səhiyyə naziri Almaniyada pandemiyanın başa çatdığını bəyan edib

Almaniyanın səhiyyə naziri Karl Lauterbax ölkəsində Covid-19 pandemiyasının başa çatdığını açıqlayıb.

Azpost.info bildirir ki, Karl Lauterbax verdiyi açıqlamada deyib: “Covid-19 ştamlarının peyvəndlərin və hələ də davam edən klinik hadisələrin vəziyyətinə baxdıqda epidemiyanın başa çatdığını müşahidə edirik”.

Almaniyanın Covid-19 pandemiyasının öhdəsindən uğurla gəldiyini deyən Lauterbax virusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin düzgün qərar olduğunu bildirib.
Aprelin 7-də (sabah) Almaniyada koronavirusa qarşı məhdudiyyətlər çərçivəsində məcburi maska taxılması qaydası ləğv ediləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.