Şəhriyar Məmmədyarov 7 pillə irəliləyib, Teymur Rəcəbov mövqeyini qoruyub- FIDE reytinqi

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mart ayı üçün reytinq cədvəli açıqlanıb.

İlk “onluq”da Azərbaycan şahmatçıları yer almayıblar.

Ötən reytinqlə müqayisədə yeddi pillə irəliləyən Şəhriyar Məmmədyarov (2734) 19-cı sıraya yüksəlib.

Teymur Rəcəbov (2723) isə 25-ci pillədəki mövqeyini qoruyub. Rauf Məmmədov (2651) 85-ci sıraya qalxıb, Nicat Abasov isə ilk “100-lüy”ü tərk edib.

Siyahıya əvvəlkitək norveçli Maqnus Karlsen (2830) başçılıq edir. ABŞ təmsilçiləri Fabiano Karuana (2804) və Hikaru Nakamura (2789) müvafiq olaraq 2-3-cü yerləri bölüşdürürlər.

Azərbaycanın qadın şahmatçıları arasında ən yaxşı göstərici Günay Məmmədzadəyə (2449) məxsusdur. Ötən ay reytinqlə müqayisədə 1 pillə geriləyən qrosmeyster 27-ci yeri tutur. Ülviyyə Fətəliyeva (2384) 67-ci, Gövhər Beydullayeva (2374) 77-ci, Gülnar Məmmədova (2351) 102-ci sıraya geriləyiblər(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.