Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi ilə mübarizə aparacaq

Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinə Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov heç-heçə ilə başlayıb.

İlk turda Rusiya təmsilçisi Daniil Dubovla qarşılaşan şahmatçımız xalı yarı bölüb. Bu gün keçiriləcək ikinci turda şahmatçımız Rusiyanın daha bir təmsilçisi Andrey Yesipenko ilə mübarizə aparacaq.

Ötən il keçirilmiş analoji yarışda niderlandlı Yorden Van Forest karyerasında ən yüksək nəticəyə imza ataraq yarışın qalibi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şamaxıda acınacaqlı durumda olan uşaqlar nəzarətə götürüldü –

Sonrakı məqalə

Qazaxıstandan sülhməramlıları daşıyan 20-ci təyyarə Rusiyaya uçub