Şəki rayonunda baş vermiş yanğın söndürülüb

Şəki rayonunda baş vermiş yanğın söndürülüb.

Alov 10 hektar ərazini əhatə edib.

Qeyd edək ki, hadisə Şəki-Qax avtomobil yolunun Şəkinin ərazisindən keçən hissəsindəki kolluq ərazilərdə baş verib. Hadisə ilə əlaqədar avtomobillərin hərəkətində çətinlik yaranıb. Bununla yanaşı, elektrik və rabitə xətləri də yanıb.

Yanğının baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və 25 nəfər şəxsi heyəti cəlb edilib və yanğın söndürülüb.(Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xaçmaz, Qusar və Şahdağda qar yağır –

Sonrakı məqalə

Xəzər dənizində dalğanın hündürlüyü 6 metrə çatıb