Xəzər dənizində dalğanın hündürlüyü 6 metrə çatıb

Milli Hidrometeorologiya Xidmətinin martın 7-si saat 19:00-a olan məlumatına əsasən, səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsir.

Xidmətdən bildiriblər ki, küləyin maksimal sürəti Salyan, Neftçalada 28, Tərtərdə 25, Qəbələdə 24, Naftalanda 23, Nabran, Quba, Ağstafa, Beyləqan, Xaçmazda 20, Biləsuvar, Balakəndə 18, Hacıqabul, Yardımlı, Ağdamda 16, Şəkidə 15, Maştağa, Bakıda 35, Qum adasında 33, Sumqayıtda 30, Neft Daşlarında 29, Ələt, Pirallahıda 28, Çilov adasında 26, Binədə 24 metr/saniyəyədək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 6 metrə çatıb.

Quba, Xaltan, Şabranda yağış, Xaçmaz, Qusar, Şahdağda qar yağır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şəki rayonunda baş vermiş yanğın söndürülüb

Sonrakı məqalə

“Real Madrid” son dəqiqələrdə məğlubiyyətdən xilas olub –