“Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib

Pullar
Pullar

Bakının Nərimanov rayonunda yerləşən məşhur “Şəki” restoranının sökülməsi səbəbindən sahibinə külli miqdarda kompensasiya verilib.

AzPost Globalinfo.az-a istinadla xəbər verir ki, ərazidə yol infrastruktunun yenidən qurulması səbəbindən sözügedən restoran sökülüb, sahibinə isə kompensasiya olaraq 14 milyon manat verilib.

Sənədləşmə prosesində bu məbləğin bir neçə dəfə az göstərildiyi vurğulanıb. “Şəki” restoranının sahibinin hazırda Mərdəkan qəsəbəsində eyniadlı obyekt tikdirdiyi deyilir.

Qeyd edək ki, restoranın sökülməsinə səbəb Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası ilə əlaqədar işlərin görülməsidir.

Xatırladaq ki, Nərimanov rayonu ərazisində daha bir məşhur iaşə obyekti – “Şuşa” restoranı sökülüb. Sahibinin iddiasına görə, ona kompensasiya olaraq 3 milyon verilib. Obyekt sahibi bu məbləğə görə narazılıq edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.